Dünya üzrə birbaşa xarici investisiyaların həcmi azalıb

Dünya üzrə birbaşa xarici investisiyaların həcmi azalıb 10 il əvvəl qeydə alınmış dünya maliyyə böhranından sonrakı səviyyədən təxminən 20 % aşağıdır
Maliyyə
21 İyun , 2021 11:10
Dünya üzrə birbaşa xarici investisiyaların həcmi azalıb

Koronavirus pandemiyası ilə əlaqəli iqtisadi eniş 2020-ci ildə dünya üzrə birbaşa xarici investisiyaların həcminin 2019-cu illə müqayisədə 1,5 trilyon ABŞ dollarından 1 trilyon ABŞ dollarınadək azalmasına səbəb olub. 2021-ci ildə bu baxımdan 10-15 %-lik artımın qeydə alınacağı gözlənilir.

Report” xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir.

UNCTAD-ın Baş katibi vəzifələrini icra edən İzabel Düran hesabatı təqdim edərkən bildirib ki, 2020-ci ilin sonuna olan vəziyyətə görə birbaşa xarici investisiyaların həcmi “10 il əvvəl qeydə alınmış dünya maliyyə böhranından sonrakı səviyyədən təxminən 20 % aşağıdır”.

“Bu il ərzində birbaşa xarici investisiyaların itirilmiş mövqelərini bir qədər bərpa edərək 10-15 % artacağını gözləyirik. İnvestisiya qoyuluşlarının sürət yığması üçün vaxt lazım ola bilər”, - Düran bildirib.

“Mövcud vəziyyət inkişaf sahəsində gözləntilərimizə ciddi təsir göstərir”, - o əlavə edib. Hazırda vəziyyət “bir neçə ay əvvəlki vəziyyətdən daha yaxşı olsa da”, qlobal iqtisadiyyat “gözləniləndən daha sürətlə bərpa olunsa da”, bu bərpa “qeyri sabit və həssasdır”.

Son xəbərlər

Orphus sistemi