Dünya ticarət həcmi ilk rübdə 1,4% artıb

Dünya ticarət həcmi ilk rübdə 1,4% artıb Bu il ticarət həcminin 2,4% artacağı proqnozlaşdırılır
Maliyyə
24 May , 2017 20:23
Dünya ticarət həcmi ilk rübdə 1,4% artıb

Bakı. 24 may. REPORT.AZ/ Dünya ticarətinin həcmi 2017-ci ilin ilk rübündə rüblük müqayisədə 1,4% artım göstərib.

"Report" Niderland İqtisadi Siyasət Təhlili Bürosunun hesabatına istinadən xəbər verir ki, fevral ayında 0,8% azalma qeydə alınsa da martda artım 1,5% təşkil edib.

"Marketwatch" araşdırma şirkətinin məlumatına görə, logistika şirkətləri də ticarət axınlarının artdığını bildirir. Beynəlxalq Hava Daşımaçılığı Assosiasiyasının (İATA) hesabatına əsasən, yük daşımaçılığına tələb yanvar-mart aylarında illik müqayisədə 11% artıb. Daniyanın nəqliyyat şirkəti "AP Moeller-Maersk"a görə isə, ilk rübdə onun konteyner daşımaçılığı 10% yüksəlib.

Dünya Ticarət Təşkilatının (ÜTT) məlumatına əsasən, ilk rübdə investisiyaların həcmində artım müşahidə edilir. Təşkilat 2017-ci il üçün ticarət həcminin 2,4%, 2018-ci il üçün isə 4% artacağını proqnozlaşdırıb.  

Son xəbərlər

Orphus sistemi