Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb
Maliyyə
- 05 dekabr, 2019
- 11:56
Bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə - 69,3 trilyon ABŞ dollarına çatıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.
Hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb.
Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82% təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətin ən yüksək hədləri Yaponiya (238%), Sudan (207%) və Yunanıstandadır (177%).
Son xəbərlər
02:17
Axios: Ukrayna son sülh planı layihəsinə cavabını ABŞ-yə təqdim edib
Digər ölkələr01:56
UEFA Çempionlar Liqası: "Real" evdə "Mançester Siti"yə uduzub
Futbol01:41
ABŞ Venesuela sahillərində tanker saxlayıb
Digər ölkələr01:26
Boliviyanın keçmiş Prezidenti saxlanılıb
Digər ölkələr01:25
Foto
"Qarabağ"dan qalan - FOTOSESSİYA
Futbol01:08
Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib
Xarici siyasət01:05
Kiyev və Vaşinqton Ukraynanın bərpası və sülh planını müzakirə ediblər
Digər ölkələr01:01
Foto
Azərbaycanla İraq arasında viza rejiminin sadələşdirilməsi müzakirə olunub
Xarici siyasət00:56