Dünya bazarında qızılın qiyməti dəyişməz qalıb

Dünya bazarında qızılın qiyməti dəyişməz qalıb Bir sıra amillərə baxmayaraq, dünya bazarlarında qızılın qiyməti dəyişməyib.
Maliyyə
19 Yanvar , 2022 10:26
Dünya bazarında qızılın qiyməti dəyişməz qalıb

Bir sıra amillərə baxmayaraq, dünya bazarında qızılın qiyməti dəyişməyib.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri əvvəlki sessiya ilə müqayisədə dəyişməyib və 1 unsiyası 1 812,55 ABŞ dollarına satılıb.

Digər tərəfdən ABŞ istiqrazlarının gəlirliliyinin artması qızılın alternativ kimi cəlbediciliyini azaldıb. Belə ki, ABŞ-ın 10 illik "US Treasuries" istiqrazlarının gəlirliliyi 1,879% səviyyəsinə çatıb.

Digər tərəfdən, investorların koronavirusun “Omikron” ştamına yoluxmanın genişlənməsi ilə bağlı narahatlıqları qalmaqdadır.

Son xəbərlər

Orphus sistemi