Qızıl və avro ucuzlaşıb

Qızıl və avro ucuzlaşıb ABŞ əsas indeksləri azalıb, Avropada isə artım müşahidə olunur
Maliyyə
8 Aprel , 2015 09:37
Qızıl və avro ucuzlaşıb

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 7-də Amerika fond bazarında Dow Jones indeksində 0,03% azalma müşahidə olunub və 17 875,42 bənd təşkil edib. S&P 500 0,21% geriləyərək 2 076,33 bənd, Nasdaq isə 0,14% azalaraq 4 910,23 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,88% artaraq 6 961,77 bənd, Almaniya DAX-ı 1,30% bahalaşaraq 12 123,52 bənd, Fransa CAC-40-ı isə 1,52% irəliləyərək 5 151,19 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,28% azalaraq 1 210,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0841 (-0,86%) təşkil edib.

İngilis versiyası Gold and Euro rate decreased

Son xəbərlər

Orphus sistemi