Qızıl ucuzlaşır

Qızıl ucuzlaşır Dünya bazarlarında qızılın qiyməti düşməkdə davam edir. İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti sərtləşdirəcəyini gözləyirlər.
Maliyyə
16 Mart , 2022 10:41
Qızıl ucuzlaşır

Dünya bazarında qızılın qiyməti düşməkdə davam edir. İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti sərtləşdirəcəyini gözləyirlər.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,61%, yaxud 11,6 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 917,95 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,63% düşərək, 1 unsiyası 24,995 ABŞ dolları təşkil edib.

İnvestorlar güman edirlər ki, ABŞ FES-in iclasında uçot dərəcəsi artırılacaq, monetar siyasətin sərtləşdirilməsi isə ABŞ dolları üçün müsbət, qızıl üçün isə mənfi amil hesab olunur.

Bununla belə, hazırki siyasi vəziyyət etibarlı aktiv kimi qızılın aktuallığını saxlamaqdadır.

Son xəbərlər

Orphus sistemi