"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarında dekabrın 23-də FTSE 100 indeksi 0,33% - 6 598,18 bəndədək, Almaniya DAX-ı 0,57% - 9 922,17 bəndədək, Fransa CAC-40-ı isə 1,42% - 4 314,97 bəndədək yüksəlib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,16% bahalaşaraq 1 179,80 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2213 dollar (-0,4%) təşkil edib.