​Dünya bazarında qızıl bahalaşıb

​Dünya bazarında qızıl bahalaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0765-ə çatıb
Maliyyə
19 Mart , 2015 09:27
​Dünya bazarında qızıl bahalaşıb

Bakı. 19 mart. REPORT.AZ/ Martın 18-də Amerika fond bazarında Dow Jones indeksində 1,27% artım müşahidə edilib və 18 076,19 bənd təşkil edib. S&P 500 1,22% irəliləyərək 2 099,50 bənd, Nasdaq isə 0,92% artaraq 4 982,83 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,57% artaraq 6 945,20 bənd, Almaniya DAX-ı 0,48% ucuzlaşaraq 11 922,77 bənd, Fransa CAC-40-ı isə 0,09% bahalaşaraq 5 033,42 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,78% bahalaşaraq 1 169,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0765 (+1,6%) təşkil edib.

İngilis versiyası Gold rose up in world market

Son xəbərlər

Orphus sistemi