​Dünya bazarında avro və qızıl bahalaşıb

​Dünya bazarında avro və qızıl bahalaşıb Qərbin əksər fond indeksləri azalıb
Maliyyə
16 İyun , 2015 08:55
​Dünya bazarında avro və qızıl bahalaşıb

Bakı. 16 iyun. REPORT.AZ/ İyunun 15-də Amerika fond bazarında Dow Jones indeksində 0,60% azalma müşahidə olunub və 17 791,17 bənd təşkil edib. S&P 500 0,46% geriləyərək 2 084,43 bənd, Nasdaq isə 0,42% azalaraq 5 029,97 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,10% geriləyərək 6 710,52 bənd, Fransa CAC-40-ı 1,75% azalaraq 4 815,36 bənd, Almaniya DAX-ı da 1,89% gerilərək 10 984,97 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,43% artaraq 1 185,80 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1276 (+0,09%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi