​Dünya Bankının ədliyyə üzrə missiyası Azərbaycandadır

​Dünya Bankının ədliyyə üzrə missiyası Azərbaycandadır Səfər zamanı "Məhkəmə infrastrukturu və mütərəqqi ədliyyə xidmətləri" layihəsinin icrası ilə bağlı məsələlər müzakirə ediləcək
Maliyyə
9 İyun , 2016 17:31
​Dünya Bankının ədliyyə üzrə missiyası Azərbaycandadır

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün Dünya Bankının (DB) ədliyyə məsələləri üzrə missiyası Azərbaycana gəlib. 

“Report”un əldə etrdiyi məlumata görə, missiyaya DB-nin “Məhkəmə infrastrukturu və mütərəqqi ədliyyə xidmətləri Layihəsi"nin rəhbəri Amitabha Muxerji (Amitabha Mukherjee) başçılıq edir.

Bu həfətənin sonuna kimi davam edəcək səfər çərçivəsində Azərbaycanda həyata keçirilən “Məhkəmə infrastrukturu və mütərəqqi ədliyyə xidmətləri Layihəsi"nin icrası ilə bağlı məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 2006-2014-cü illər üzrə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 11 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib.

Xatırladaq ki, 2014-cu ilin 22 oktyabrında ədliyyə naziri Fikrət Məmmədov və DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşçenko ümumi dəyəri 100 mln. ABŞ dolları olan “Məhkəmə infrastrukturu və mütərəqqi ədliyyə xidmətləri Layihəsi"ni imzalayıblar.

Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi