Dünya Bankı Ukraynaya əlavə olaraq 200 milyon dollar ayıracaq

Dünya Bankı Ukraynaya əlavə olaraq 200 milyon dollar ayıracaq Dünya Bankı Ukraynaya əlavə 200 milyon dollar verəcək.
Maliyyə
15 Mart , 2022 00:53
Dünya Bankı Ukraynaya əlavə olaraq 200 milyon dollar ayıracaq

Dünya Bankı Ukraynaya əlavə 200 milyon dollar verəcək.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Devid Melpas onlayn konfransda bildirib.

"Bu gün mətbuata açıqlama veririk ki, indi Ukrayna üçün ilk ödəniş də daxil olmaqla, son iki həftə ərzində verilmiş 923 milyon dollar vəsaitimiz var", - o deyib.

Keçən həftə Dünya Bankının Ukraynaya yardım üçün 723 milyon dollar topladığı bildirilib.

Devid Melpas qeyd edib ki, Dünya Bankı 6-8 həftə ərzində Ukraynaya 3 milyard ABŞ dolları məbləğində yardımı təsdiq edə bilər.

Son xəbərlər

Orphus sistemi