Dünya Bankı: "Qarşıdan kütləvi defoltlar gəlir"

Dünya Bankı: "Qarşıdan kütləvi defoltlar gəlir" 2022-ci ildə dünyanın kasıb ölkələri kreditlərlə bağlı ödəmələri xeyli artırmalı olacaq. Belə ki, kasıb ölkələrin 60 faizinə qədərinin borcları restrukturlaşdırılmalıdır.
Maliyyə
18 Yanvar , 2022 16:16
Dünya Bankı: Qarşıdan kütləvi defoltlar gəlir

2022-ci ildə dünyanın kasıb ölkələri kreditlərlə bağlı ödəmələri xeyli artırmalı olacaq. Belə ki, kasıb ölkələrin 60 %-inə qədərinin borcları restrukturlaşdırılmalıdır.

“Report” “Financial Times”a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilir.

Belə ki, dünyanın 74 kasıb ölkəsi borcları ilə bağlı 2020-ci ildə ödədikləri vəsaitdən 10,9 milyard ABŞ dolları (45 %) çox məbləğ ödəməli olacaqlar. Nəticədə bir çox hallarda defolt baş verəcəyi qeyd olunur.

Defolt ehtimalının ən yüksək olduğu ölkə Şri-Lanka, daha sonra isə Qana, El Salvador, Honduras olduğu bildirilir. Hesabat müəlliflərinə görə, bu borc böhranının başlıca səbəbi kasıb ölkələrin pandemiya dövründə beynəlxalq təşkilatlardan yox, kapital bazarında vəsait götürdükləridir. Hazırda isə Dünya Bankının prezidenti David Malpassın qeyd etdiyi kimi, kasıb ölkələrin borclar üzrə ödəniş etmək üçün lazımi ehtiyatları yoxdur. 

Hazırkı vəziyyətdə borclu ölkələrin daha böyük böhrandan yayınmaq üçün yeganə çarəsi kreditor ölkələrlə, sonra isə özəl kreditorlarla danışıqlar apararaq şərtlərin yumşaldılmasına nail olmaqdır. Bu qərara artıq Çad, Zambiya, Efiopiya gəliblər.

Son xəbərlər

Orphus sistemi