Dünya Bankı: Kriptovalyutalar "piramida"lara oxşayır

Dünya Bankı: Kriptovalyutalar "piramida"lara oxşayır Blokçeyn texnologiyasının tətbiq edilmə ümidi var
Maliyyə
8 Fevral , 2018 15:22
Dünya Bankı: Kriptovalyutalar piramidalara oxşayır

Bakı. 8 fevral. REPORT.AZ/ Dünya Bankının prezidenti Cim Yon Kim kriptovalyutaları "piramida"larla müqayisə edərək "bitcoin" kimi əsas kriptovalyutaların legitimliyinin tanınması məsələsini qaldırıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Bitkoinin və bəzi kriptovalyutaların istifadəsinə gəlincə, hələ də onların necə işləyəcəyi aydın deyil", - deyə Bankın rəhbəri Vaşınqtonda çıxışı zamanı bildirib. 

"Blokçeyn texnologiyası diqqətlə izlənir. Bu texnologiyanın inkişaf etməkdə olan ölkələrdə tətbiqinə ümidi var. Belə olarsa, pulların hərəkətinə nəzarət etmək və korrupsiyanı azaltmaq mümkün olacaq", - deyə C.Y.Kim əlavə edib. 

Son xəbərlər

Orphus sistemi