Dünya Bankı: “Azərbaycanın hazırkı strategiyası rəqəmsal texnologiyalara yönəlib”

Dünya Bankı: “Azərbaycanın hazırkı strategiyası rəqəmsal texnologiyalara yönəlib” "Dünya Bankı Azərbaycan hökuməti ilə strategiyanın transformasiyası və inkişafı üzərində strategiyanın transformasiyası və inkişafı üzrə işləyir".
Maliyyə
1 Noyabr , 2022 16:55
Dünya Bankı: “Azərbaycanın hazırkı strategiyası rəqəmsal texnologiyalara yönəlib”

"Dünya Bankı Azərbaycan hökuməti ilə strategiyanın transformasiyası və inkişafı üzərində strategiyanın transformasiyası və inkişafı üzrə işləyir".

Bunu “Report”a müsahibəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə rəqəmsal inkişaf meneceri Nikol Klingen deyib.

“Azərbaycan hökumətinin milli inkişaf strategiyası var ki, bu strategiyada rəqəmsallaşma böyük rol oynayır. Biz hökumətlə strategiyanın transformasiyası və inkişafı üzrə işləyirik. İndi biz bacarıqların inkişafı üzrə müzakirələrə başlayırıq. Həmçinin rabitə qanunları və qaydaları ilə bağlı çox konkret maddələr üzərində işləmişik”, - o bildirib.

Onun sözlərinə görə, geniş bank strategiyasının hazırlanması bu işin bir hissəsidir.

“Hazırda hökumətlə daha çox hansı sahələrdə iştirak etməyimizi istədikləri və bizim hansı sahələrdə daha faydalı ola biləcəyimiz barəsində müzakirələr gedir. Hökumət plan hazırlayır və ən yaxşı halda necə töhfə verə biləcəyimizə dair müzakirələr gedir. Azərbaycan təkcə şəhərlərdə deyil, bütün ölkədə genişzolaqlı şəbəkənin təmin edilməsi istiqamətində böyük işlər görür, ona görə də sual bizim bunu necə dəstəkləyə biləcəyimizlə bağlıdır”, - N.Klingen vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi