Dünya Bankı Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqlayıb

Dünya Bankı Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqlayıb WB bu il Azərbaycan iqtisadiyyatının 1,9 %, gələn il isə 4,5 % artacağını proqnozlaşdırır
Maliyyə
163
17 Fevral , 2021 17:04
Dünya Bankı Azərbaycanda iqtisadi artıma dair proqnozlarını açıqlayıb

Dünya Bankı (WB) bu il Azərbaycan iqtisadiyyatının 1,9 %, gələn il isə 4,5 % artacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənəddə həmçinin 2020-ci ildə Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionunda 2,5 % iqtisadi artım olacağı qeyd olunub: "Bu artım koronavirus (COVID-19) pandemiyasının zəifləməsi, Qarabağ münaqişəsinin həlli, istehlakçı və işgüzar inamın artması, həmçinin turizm sektorunun tədricən bərpası hesabına təmin olunacaq.

Neft qiymətləri sabitləşdikcə, iqtisadiyyat investisiya və yenidənqurma xərclərindən bəhrələndikcə Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir. Bundan başqa, Ermənistanla Azərbaycan arasındakı sülh bəyanatının bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcəyi gözlənilir”.

Son xəbərlər

Orphus sistemi