Dünya Bankı (WB) 2021-ci il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu yanvar ayı ilə müqayisədə 0,9 faiz bəndi yüksəldərək 2,8 %-ə çatdırıb.
“Report” bu barədə WB-nin “Qlobal İqtisadi Perspektivlər” hesabtının iyun sayında bildirilib.
Sənədə əsasən, 2022-2023-cü illərdə isə Azərbaycanda iqtisadi bərpa müvafiq olatraq 3,9 % və 3,4 % səviyyələrində olacaq.
"Azərbaycanda iqtisadi artım əsasən neft qiymətlərinin sabitləşməsi ilə yanaşı investisiya və yenidənqurma xərcləri ilə dəstəklənəcək. Bundan başqa, ötən ilin noyabr ayında Ermənistan və Azərbaycan arasında imzalanan atəşkəs razılaşması, sabitlik üçün risklərin yüksək olmasına baxmayaraq, bölgədəki geosiyasi gərginliyi azaldıb.
Qeyd edək ki, qurum bu il üzrə region ölkələrindən Gürcüstanın iqtisadi artım tempini 6 %, Rusiyanın 3,2 %, Türkiyənin isə 5 %, o cümlədən 2022-2023-cü illərdə isə müvafiq olaraq Gürcüstanda 5 %, Rusiyada 3,2 % və 2,3 %, Türkiyədə isə 4,5 % səviyyəsində reallaşacağını gözləyir.