DSMF-nin investisiya fəaliyyətinə dair hüquqi baza yazda parlamentə təqdim olunacaq
- 27 dekabr, 2022
- 10:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya fəaliyyətinin əsaslarını müəyyən edən qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə təqdim olunacaq.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
“İki ildir ki, dövlət büdcəsi və DSMF-nin büdcsəinin müzakirəsi zamanı onun sərbəst vəsaitlərinin idarə olunan kapitala çevrilməsi məsələsini qaldırırıq. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələyə razılığını verib”, - M. Quliyev deyib.
Qeyd edək ki, DSMF-in maliyyə imkanlarının genişləndirilməsi məqsədi ilə investisiya layihələrində iştirakı üçün müvafiq hüquqi bazanın yaradılması təklif olunmuşdu.