DSMF bank seçir

DSMF bank seçir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək haqqı və pensiyaların, sosial müavinət və yardımların, təqaüd və kompensasiyaların kartla, habelə digər alət və üsullarla nağdsız ödənilməsi üçün bank seçiminə dai
Maliyyə
10 İyun , 2021 11:53
DSMF bank seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək haqqı və pensiyaların, sosial müavinət və yardımların, təqaüd və kompensasiyaların kartla, habelə digər alət və üsullarla nağdsız ödənilməsi üçün bank seçiminə dair dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 19-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 29-u, saat 15:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Həsəb bəy Zərdabi küçəsi, 80 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Telefon: (012) 530-29-03.

Təkliflərə iyulun 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi