​Dow Jones və S&P 500 indeksləri yüksəlib

​Dow Jones və S&P 500 indeksləri yüksəlib COMEX-də qızılın qiyməti 1 186,10 dollar/unsiyaya çatıb
Maliyyə
18 Noyabr , 2014 05:28
​Dow Jones və S&P 500 indeksləri yüksəlib
Bakı. 18 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 17 648 bəndədək, S&P 500 0,1% - 2 041 bəndədək yüksəlib, Nasdaq 0,4% - 4 671 bəndədək enib. “Report”un xəbər verdiyi kimi, indekslərin dinamikasına korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında noyabrın 17-də FTSE 100 indeksi 0,3% - 6 672 bəndədək, Almaniya DAX-ı 0,6% - 9 306 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 226 bəndədək yüksəlib.

Bu gün COMEX-də Bakı vaxtı ilə saat 09:00-da qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 186,10 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2471 dollar (+0,2%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi