Dövlət Vergi Xidmətinin elektron xidmətindən istifadədə məhdudiyyət olacaq

Dövlət Vergi Xidmətinin elektron xidmətindən istifadədə məhdudiyyət olacaq “Şəxsi”, “İş” (Biznes) və yaxud “Dövlət və bələdiyyə” tipli "Asan İmza" sertifikatlarının qüvvədə olma müddəti bitməmiş onların müddətinin uzadılmasının onlayn formada həyata keçirilməsi və “Şəxsi” tipli "Asan İmza" sertifikatı əsasında “İş” (Biznes) və “
Maliyyə
25 Fevral , 2022 15:43
Dövlət Vergi Xidmətinin elektron xidmətindən istifadədə məhdudiyyət olacaq

“Şəxsi”, “İş” (Biznes) və yaxud “Dövlət və bələdiyyə” tipli "Asan İmza" sertifikatlarının qüvvədə olma müddəti bitməmiş onların müddətinin uzadılmasının onlayn formada həyata keçirilməsi və “Şəxsi” tipli "Asan İmza" sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli "Asan" İmza sertifikatlarının onlayn əldə olunması üzrə elektron xidmətlər üzrə təkmilləşdirmə işləri aparılır.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumatda deyilir ki, mövcud portalda olan məlumatların köçürülməsi və yeni portalın istifadəyə verilməsi ilə əlaqədar www.e-taxes.gov.az portalında “Qüvvədə olan Asan İmza ilə yeni sertifikatın alınmasına dair müraciət” elektron xidmətinin istifadəsində cari ilin 26, 27 və 28 fevral tarixlərində məhdudiyyət yaranacaq.

Vergi ödəyiciləri www.e-taxes.gov.az portalı üzərindən 01.03.2022-ci il tarixindən etibarən yeni funksionallıqlar əlavə edilmiş portaldan istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi