Azərbaycanda vergi daxilolmaları 16% artıb

Azərbaycanda vergi daxilolmaları 16% artıb Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 7 961,8 milyon manat vəsait köçürüb.
Maliyyə
10 Dekabr , 2021 10:31
Azərbaycanda vergi daxilolmaları 16% artıb

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti büdcəyə 7 961,8 milyon manat vəsait köçürüb.

Report" quruma istinadən xəbər verir ki, bu, proqnozdan 21%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 15,7% çoxdur.

Vergi daxilolmalarının 5 870,1 milyon manatı qeyri-neft-qaz sektorundan toplanılıb. Bu isə proqnozdan 14,8% çox, 1 il əvvələ nisbətən isə 13,5% çoxdur.

Hesabat dövründə Azərbaycanın regionları büdcəyə 866,6 milyon manat “xeyir verib”. Bu isə proqnozdan 14,3%, illik müqayisədə isə 9,3% çoxdur.

Son xəbərlər

Orphus sistemi