Dövlət Vergi Xidməti Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirib

Dövlət Vergi Xidməti Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirib İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası və “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl müsabiqəsi”nin qaliblərinin mükafatland
Maliyyə
3 İyun , 2024 16:57
Dövlət Vergi Xidməti Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası və “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, yarmarkada vergi orqanları əməkdaşlarının övladlarının 250-dən çox yaradıcılıq nümunələri nümayiş etdirilib. Məktəblilərin rəsm əsərləri və digər əl işlərinin satışından əldə olunan gəlir xeyriyyə məqsədlərinə - valideyn himayəsindən məhrum uşaqların ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Yarmarka başa çatdıqdan sonra uşaqlar üçün vergilər mövzusunda maarifləndirici təqdimat keçirilib, məktəblilərə vergilərin əhəmiyyəti barədə danışılıb. Sonra uşaqlar üçün interaktiv yarışma təşkil olunub, məktəblilər vergilər mövzusunda sualları cavablandırıblar. Yarışmada fərqlənən məktəblilərə müxtəlif hədiyyələr verilib.

Tədbir zamanı “Məktəblilərə vergilərin əhəmiyyətini aşılamaq məqsədilə nağıl müsabiqəsi”nin qalibləri də mükafatlandırılıblar. Qalib gələn məktəblilərə diplom və sertifikatlar, hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi