Dövlət Vergi Xidməti icbari tibbi sığorta haqqına dair bukletlər hazırlayıb

Dövlət Vergi Xidməti icbari tibbi sığorta haqqına dair bukletlər hazırlayıb Azərbaycanda aprelin 1-dən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb
Maliyyə
5 Aprel , 2021 12:42
Dövlət Vergi Xidməti icbari tibbi sığorta haqqına dair bukletlər hazırlayıb

Azərbaycanda aprelin 1-dən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta haqlarının yığımına isə yanvarın 1-dən start verilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 31 yanvar 2019-cu il tarixli fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Vergi ödəyicilərinin məlumatandırılması məqsəd ilə sığorta haqlarının yığımını həyata keçirən Dövlət Vergi Xidməti maarifləndirici bukletlər hazırlayıb.

“İcbari tibbi sığorta haqqı”, “Sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta haqları və icbari tibbi sığorta haqları hesablanması və ödənilməsi” və “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı” kimi mövzuları əhatə edən bukletlərdə icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi əyani izah edilir.

Bukletlərlə aşağıdakı ünvanda tanış olmaq olar:

https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler

Son xəbərlər

Orphus sistemi