Dövlət Vergi Xidməti 18 mln manatlıq 2 tenderə yekun vurub

Dövlət Vergi Xidməti 18 mln manatlıq 2 tenderə yekun vurub İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi, platformanın və sistemin hazırlanması, sistemin tətbiqi, inteqrasiyası, proqramlaşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Maliyyə
30 Oktyabr , 2020 20:01
Dövlət Vergi Xidməti 18 mln manatlıq 2 tenderə yekun vurub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi, platformanın və sistemin hazırlanması, sistemin tətbiqi, inteqrasiyası, proqramlaşdırılması (1), eləcə də MEEM yaradılması, avadanlıq, proqram təminatı və dəstək xidmətinin göstərilməsi, cihaz, yaddaş qurğusu, proqram təminatı, lisenziya və digər mal, iş və xidmətlər ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Cybernet” və “Caspel” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 5 646,9 min manat və 12 863,8 min manat, ümumilikdə isə 18 510,8 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi