Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi auditor seçib

Maliyyə
  • 21 aprel, 2022
  • 08:04
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi auditor seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Nexia EA" QSC-dir.

Qalib şirkətə 16,5 min manat ödəniləcək.

44 - Tezliklə