Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib Tahir Budaqov: "Ölkədə aparılan islahatların effektivliyinin qiymətləndirilməsi etibarlı statistikaya tələbatı daha da artırıb"
Maliyyə
3 Fevral , 2017 19:33
Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsində ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası, qurumun ötən ildəki fəaliyyəti və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, iclasda çıxış edən komitə sədri Tahir Budaqov bildirib ki, dünyada davam edən siyasi, hərbi və iqtisadi böhran fonunda dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkə iqtisadiyyatının davamlılığı təmin edilib.  

T.Budqov deyib ki, komitə ölkədə rəsmi statistika siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi, statistika orqanları tərəfindən istehsal edilən statistik məlumatların müasir tələblərə uyğun hazırlanmasını, statistika sisteminin təkmilləşdirilməsi və inkişafı məsələlərini 2016-cı ildə də diqqət mərkəzində saxlayıb: "Komitə Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilən 2016-cı il üçün statistik işlər proqramı, habelə metodoloji və məlumat istifadəçiləri ilə iş planı, iqtisadi təhlil üzrə rüblük iş planları, “2013-2017-ci illərdə Azərbaycanda rəsmi statistikanın inkişafı Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirib. Ötən il statistika sistemində aparılan struktur islahatları, hesabat intizamı, metodologiyaların hazırlanması, statistik vahidlər və istifadəçilərlə işlərin təşkili, inzibati məlumatlardan istifadə, statistika məlumatlarının toplanmasında və s. istiqamətində statistika orqanları tərəfindən görülən əsas işlər barədə hesabat müzakirə edilib". 

Sonda iclasa yekun vuran T.Budaqov qeyd edib ki, ölkədə aparılan islahatların effektivliyinin qiymətləndirilməsi etibarlı statistikaya tələbatı daha da artırıb: "Statistika sahəsində dövlətin müəyyən etdiyi siyasətə xidmət etmək, yüksək etimadı doğrultmaq, ictimaiyyətdə və istifadəçilərdə statistikaya inamı yüksəltmək, onlarla qarşılıqlı əməkdaşlığın daha müasir formalarına nail olmaq statistika orqanları qarşısında duran ən başlıca vəzifələrdəndir".

Son xəbərlər

Orphus sistemi