Dövlət Sosial Müdafiə Fondunun gələn il gözlənilən gəlirlərinin strukturu açıqlanıb
- 03 noyabr, 2023
- 12:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü ildə gözlənilən 6 milyard 919,9 milyon manat məbləğində gəlirlərinin 5 milyard 288,1 milyon manatı və yaxud 76,4 %-i məcburi dövlət sosial sığorta haqlarının hesabına formalaşacaq.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2024-cü il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,7 % çoxdur.
Gələnilki gəlirlərin 1 milyard 392 milyon manatını (5,2 % az) dövlət büdcəsindən transfert, 227 milyon manatını qalıqdan xərcə yönəldilmiş vəsait, 12,7 milyon manatını (0,8% çox) isə sair gəlirlər təşkil edəcək.
Beləliklə, 2024-cü ildə DSMF-nin büdcədən asılılığı 20,1 % təşkil edəcək ki, bu da 2023-cü ilə nisbətən 3,3 faiz bəndi azdır.