Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gəlirini artırıb, xərcini azaldıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gəlirini artırıb, xərcini azaldıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ildə 19,957 milyon manat gəlir əldə edib.
Maliyyə
12 Avqust , 2021 16:44
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi gəlirini artırıb, xərcini azaldıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ildə 19,957 milyon manat gəlir əldə edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,8% çoxdur.

Komitənin gəlirlərinin 85,4%-i və yaxud 17,038 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub (dövlət büdcəsindən ayırmalardır). Bu, illik müqayisədə 8,3% azdır. Ötən il qurumun birja əməliyyatlarından gəlirləri 3,9 dəfə artaraq 2,919 milyon manata çatıb, sair əməliyyatlardan gəlirləri isə 100% azalıb.

Ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xərcləri isə 17,274 milyon manat və yaxud əvvəlki ilə nisbətən 5,25% az olub. O cümlədən Komitənin əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 2,1 dəfə artaraq 5,848 milyon manat, sərf etdiyi materialların dəyəri 40% azalaraq 69 min manat, amortizasiya xərcləri 96,65% artaraq 180 min manat, sair əməliyyat xərcləri isə 26,7% azalaraq 11,176 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi