Dövlət Reklam Agentliyi sığortaçı seçir

Dövlət Reklam Agentliyi sığortaçı seçir Qurum əməkdaşlarının könüllü tibbi sığortası üçün kotirovka sorğusu elan edib
Maliyyə
6 Aprel , 2021 16:25
Dövlət Reklam Agentliyi sığortaçı seçir

Dövlət Reklam Agentliyi əməkdaşlarının könüllü tibbi sığortası üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 8-i saat 11:00-a qədər Agentliyin Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 24 ("Dalğa Plaza" iş mərkəzi) ünvanında yerləşən ofisinə təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 505-44-00 (2012) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, ADRA ölkə Prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur.

Son xəbərlər

Orphus sistemi