Azərbaycan Dövlət Reklam Agentliyi sığortaçı seçib

Azərbaycan Dövlət Reklam Agentliyi sığortaçı seçib Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) könüllü tibbi sığorta xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Maliyyə
24 Sentyabr , 2021 16:05
Azərbaycan Dövlət Reklam Agentliyi sığortaçı seçib

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) könüllü tibbi sığorta xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azərbaycan Sənaye Sığorta" ASC-dir.

Qalib şirkətə 55,3 min manat ödəniləcək.

Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.

Son xəbərlər

Orphus sistemi