“Report” xəbər verir ki, bu qurumlar sırasında “Azərişıq”, “Azərkosmos”, “Təmiz Şəhər” ASC-lər də yer alıb.
Qurumlarda bu hal üzrə qeydə alınan nöqsan sayı müvafiq olaraq 4, 2 və 4-dür.
Dövlət satınalmaları ilə bağlı nöqsanlara gəlincə, “Azərişıq”da bu hal 4, Təmiz Şəhər”də 3 dəfə baş verib. “Azərkosmos”da isə belə bir hal yaşanmayıb.
Palatanın hesabatına görə, vergi və gömrük qanunvericiliyinin pozulması halına “Azərişıq” və “Azərkosmos”da müvafiq olaraq 4, “Təmiz Şəhər”də isə 2 dəfə baş verib.
Bundan başqa, ötən il ərzində mühasibat uçotu və hesabatlılıq ilə bağlı “Azərişıq”da 4, “Azərkosmos”da 2, "Təmiz Şəhər”də isə 7 nöqsan aşkar edilib.
Ümumilikdə, bu qurumlar üzrə baş vermiş nöqsanların yekun sayı “Azərişıq” və “Təmiz Şəhər” ASC-lər üzrə müvafiq olaraq 18, “Azərkosmos” ASC üzrə isə 10-dur.