Dövlət Neft Fondunun qızıl külçələrinin dəyəri 25 %-dən çox artıb

Dövlət Neft Fondunun qızıl külçələrinin dəyəri 25 %-dən çox artıb Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələri 10 490,279 milyon manat təşkil edib.
Maliyyə
1 Sentyabr , 2021 13:52
Dövlət Neft Fondunun qızıl külçələrinin dəyəri 25 %-dən çox artıb

Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələri 10 milyard 490,279 milyon manat təşkil edib.

“Report” bu barədə Neft Fondunun maliyyə hesabatına istinadən xəbər verir.

Bu, 2020-ci ilin yanvarın 1-i ilə müqayisədə 25,2 % çoxdur.

Xatırladaq ki, ARDNF neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilib. ARDNF-inin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilib. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. ARDNF-nin yaradılması Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir.

ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.

Son xəbərlər

Orphus sistemi