Dövlət Neft Fondunun aktivləri I rübdə 2 %-dən çox artıb

Maliyyə
  • 19 aprel, 2024
  • 13:30
Dövlət Neft Fondunun aktivləri I rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “Report”a ARDNF-dən məlumat verilib.

Bu, 2024-cü ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 1 milyard 303 milyon ABŞ dolları və ya 2,3 % çoxdur.

Xatırladaq ki, 2024-cü ilin əvvəlinə Dövlət Neft Fondunun aktivlərinin həcmi 56 milyard 069,8 milyon ABŞ dolları olub.

44 - Tezliklə