Dövlət istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib

Dövlət istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib Hərrac zamanı 9 investor tərəfindən 24 sifariş təqdim olunub
Maliyyə
14 Mart , 2017 18:38
Dövlət istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib
courtesy image

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104004541 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 000 000 manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, hərrac zamanı 9 investor tərəfindən 24 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 56 398 800 manat təşkil edib.

Sifarişlər 82,0483 AZN (21,9999%) və 87,3666 AZN (14,5398%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 84,8167 AZN (17,9999%) orta ölçülmüş qiyməti 86,0084 AZN (16,3573%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar martın 15-də həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 000 000 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 13.03.2018-cı ildir.

Son xəbərlər

Orphus sistemi