Dövlət istiqrazları ilə bağlı hərracda təklif tələbi 4 dəfə üstələyib

Dövlət istiqrazları ilə bağlı hərracda təklif tələbi 4 dəfə üstələyib Bu gün Maliyyə Nazirliyinin istiqrazları üzrə növbəti hərrac keçirilib
Maliyyə
4 oktyabr 2016 12:27
Dövlət istiqrazları ilə bağlı hərracda təklif tələbi 4 dəfə üstələyib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0101015516 ISIN kodlu, tədavül müddəti 91 gün olan 22,0 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Maliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, hərracda investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 5,3 mln. manat təşkil edib və bu tələb tam ödənilib.

İstiqrazların rəqabətli sifarişlər üzrə ortaölçülmüş qiyməti 96,4569 (gəlirlilik - 14,9378%) səviyyəsində müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi