Dövlət Gömrük Komitəsinin yol vergisi üzrə daxilolmaları kəskin azalıb

Dövlət Gömrük Komitəsinin yol vergisi üzrə daxilolmaları kəskin azalıb 2016-cı ilin avqust ayı ilə müqayisədə azalma 36,039 mln. manat və yaxud 71% olub
Maliyyə
11 Sentyabr , 2017 17:25
Dövlət Gömrük Komitəsinin yol vergisi üzrə daxilolmaları kəskin azalıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 280 128,40 min manat həcmində vergi və rüsumlar daxil olub.

"Report" DGK-ya istinadən xəbər verir ki, bu, 2016-cı ilin avqust ayı ilə müqayisədə 36 038,8 min manat və yaxud 14,77% çoxdur.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi illik müqayisədə 5,23% artaraq 65 310,30 min manata çatıb.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 42 995,2 min manat və yaxud 27,02% artaraq 202 150,90 min manat, aksizlər üzrə daxilolmaların həcmi 3,96% azalaraq 8 556,90 min manat, yol vergisi üzrə daxilolmalar 70,56% (3,4 dəfə) azalaraq 4 110,30 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi