Dövlət Gömrük Komitəsi 6 ayda büdcə öhdəliyini 100 % icra edib
- 24 iyul, 2024
- 10:05
Azərbaycanın 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 6 ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 252,19 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.
Bu barədə “Report” DGK-nə istinadən xəbər verib.
Bununla da büdcə öhdəliyi 100 % icra olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsumu və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8 % təşkil edib.
milyon manatla
| Gömrük | 2023-cü il | 2024-cü il | 2023-2024-cü illər üzrə daxilolmanın fərqi | ||||||||
| Proqnoz | Daxilolma | Fərq | İcra (%) | Proqnoz | Daxilolma | Fərq | İcra (%) | məbləğlə | %-lə | ||
| Cəmi | 3 028,58 | 3 075,37 | 46,78 | 101,5 | 3 252,19 | 3 252,22 | 0,03 | 100,0 | 176,85 | 5,8 | |