2019-cu ildə dövlət büdcəsinə daxil olmiş 24 200 milyon manat vəsaitin 10 595 milyon manatı və yaxud 43,8%-i qeyri-neft sektorunun payına düşüb.
“Report” bu barədə
Məlumata görə, bu, proqnoza nisbətən 11,9%, 2018-ci illə müqayisədə isə 16,3% çoxdur.
Ötən il vergi orqanlarının xətti ilə büdcəyə 7 672 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 4,9%, illik müqayisədə isə 3,5% çoxdur.
İl ərzində gömrük orqanları isə büdcəyə proqnoza nisbətən 19,1% çox, 1 il əvvəllə müqayisədə isə 28,4% çox – 4 409 milyon manat vəsait təmin edib.
Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlər isə 11 364 milyon manat təşkil edib.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların hesabına büdcəyə 590 milyon manat, digər istiqamətlərdən isə 165 milyon manat vəsait köçürülüb.
Ötən ilin oktyabr-dekabr aylarında isə dövlət büdcəsinin mədaxili 7 328 milyon icra olunub.
2019-cu ildə dövlət büdcəsindən xərclənmiş 24 405 milyon manat vəsaitin isə 13 514 milyon manatı və yaxud 55,4%-i cari xərclər, 9 366 milyon manatı və yaxud 38,4%-i əsaslı xərclər, 1 524 milyon manatı və yaxud 6,2%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Ötən ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin məxarici 7 714 milyon manat icra olunub.