Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şirkəti zərərdən mənfəətə keçib

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şirkəti zərərdən mənfəətə keçib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 2021-ci ili 248 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 347 min manat zərərlə çıxmış
Maliyyə
28 İyun , 2022 17:57
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şirkəti zərərdən mənfəətə keçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC 2021-ci ili 248 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 347 min manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin əməliyyat gəlirləri 5,05 milyon manat (əvvəlki ilə nisbətən 26,2% çox), xidmətlərinin maya dəyəri 2,119 milyon manat (1,7 % az), inzibati xərcləri 2,584 milyon manat (19,9 % çox), mənfəət vergisi ödəmələri isə 99 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili"nin aktivləri 2,578 milyon manat olub ki, bu da illik müqayisədə 5,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,6 dəfə artaraq 318 min manata çatıb, balans kapitalı isə 4 % azalaraq 2,26 milyon manata enib.

Xatırladaq ki, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" 2006-cı ildə “Bakı Sərnişin Nəqliyyatı” adı ilə yaradılıb. Onun nizamnamə kapitalı 2,225 milyon manatdır. 2014-cü ildə şirkət adını “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili”nə dəyişdiriib, 2016-cı ildən isə indiki adı ilə fəaliyyət göstərməyə başlayıb. Cəmiyyətin əsas məqsədi avtomobil nəqliyyatı ilə (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) sərnişin və yük daşımalarının təşkilinə və tənzimlənməsinə dair xidmətlər göstərilməsindən, daşımalar sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasından ibarətdir.

Son xəbərlər

Orphus sistemi