Dolların məzənnəsi Teylor səbəbindən artmağa başlayıb

Dolların məzənnəsi Teylor səbəbindən artmağa başlayıb Con Teylor FED rəhbəri seçilərsə, faizlər sürətlə artacaq
Maliyyə
1293
17 Oktyabr , 2017 16:50
Dolların məzənnəsi Teylor səbəbindən artmağa başlayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Dolların məzənnəsi ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyi üçün Con Teylorun (John Taylor) namizədliyini düşünməsi barədə çıxan xəbərlərlə möhkəmlənməyə başlayıb. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Ağ Ev"dən verilən məlumatda ötən həftə Teylorun Trampla görüşündən sonra prezidentdə müsbət təəssürat yaratdığı bildirilir.

Xəbərin açıqlanması əsas valyuta cütlüyü olan USD/EUR-un 1,1820 səviyyəsindən 1,1750 səviyyəsinə qədər geriləməsinə səbəb olub. Həmçinin dollar funt sterlinqə qarşı 0,4% bahalaşıb.

Qeyd edək ki, C.Teylor FED-in 2017-ci ildə uçot dərəcəsini 3 dəfə artırması fikrini dəstəkləyib. Tokioda yerləşən "SMBC Trust Bank" menecerlərindən olan Simon Pianfettiyə görə, "Teylor FED-in bu günədək uçot dərəcəsini daha çox artırmalı idi və hələ də artırmalıdır. Teylor FED rəhbəri olarsa, faizlər sürətlə yüksələcək".

Son xəbərlər

Orphus sistemi