Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyalarında iştirak etmək məqsədilə
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Report"a verilən məlumata görə, nümayəndə heyətində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhhət Həbibbəyli, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, komitənin aidiyyəti qurumlarının nümayəndələri də təmsil olunurlar.
İclas çərçivəsində iyunun 29-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə Avropa Komissiyası Vergi və Gömrük İttifaqının Beynəlxalq və Ümumi İşlər üzrə direktoru, xanım Sabina Henzler arasında görüş keçirilib. Görüşdə 2019-cu ilin 25-26 aprel tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında Azərbaycan gömrüyünün qurumun Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa Regionu üzrə rəhbəri vəzifəsinə seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycanın sədr müavinliyi müddətində Avropa Regionuna daxil olan bütün dövlətlərin maraqlarını əks etdirən məsələlərin müəyyən edilməsi, iki il ərzində əməkdaşlıq çərçivəsində gömrük məsələləri üzrə əsas prioritetlər, elektron ticarətin, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin olunması istiqamətində konstruktiv müzakirələr aparılıb.
Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti
Komitə sədri iki illik dönəmdə Azərbaycan gömrüyünün bölgənin bütün ölkələrinin konsolidasiya olunmuş regional maraqlarının ÜGT Şurası və digər qurumlarda effektiv təmsil olunması istiqamətində səylərin artırılacağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.