DGK özbəkistanlı həmkarları üçün onlayn formatda distant mühazirələr təşkil edib

DGK özbəkistanlı həmkarları üçün onlayn formatda distant mühazirələr təşkil edib Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistanın Daşkənd Gömrük İnstitutunun (DGİ) ali menecment kurslarının, ixtisasartırma fakültəsinin dinləyiciləri olan zabitlər və gömrük əməkdaşları üçün onlayn formatda növbəti distant m
Maliyyə
17 İyun , 2021 19:51
DGK özbəkistanlı həmkarları üçün onlayn formatda distant mühazirələr təşkil edib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistanın Daşkənd Gömrük İnstitutunun (DGİ) ali menecment kurslarının, ixtisasartırma fakültəsinin dinləyiciləri olan zabitlər və gömrük əməkdaşları üçün onlayn formatda növbəti distant mühazirələr təşkil edilib.

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Daşkənd Gömrük İnstitutunun müraciəti əsasında keçirilən mühazirələrdə azərbaycanlı mütəxəssislər müvafiq sahələrdə təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüblər.

Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi, gömrük xidməti polkovniki Təyyar İbrahimov tədbirin açılış mərasimində iki ölkənin gömrük orqanlarının strukturları arasında yaradılan belə əlaqələrin ekspert laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi üçün vacibliyini qeyd edib.

Daha sonra "Gömrük sərhəddindən keçirilən malların təhlükəsizliyinin təminatının mövcud sisteminin analizi", "Beynəlxalq İSO İES 17025:2017 standartı əsasında gömrük ekspertizası laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda məruzələr dinlənilib.

Qeyd edək ki, bu mühazirələr Özbəkistan Respublikasının Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciəti əsasında, hər iki ölkənin hökumətləri arasında 27 may 1996-cı il tarixində imzalanmış "Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Razılaşma"ya müvafiq olaraq keçirilir.

Son xəbərlər

Orphus sistemi