"Deutsche Bank" Rusiyadakı spekulyativ əməliyyatlara görə cərimələnib

"Deutsche Bank" Rusiyadakı spekulyativ əməliyyatlara görə cərimələnib Bankın 10 mlrd. dollarlıq vəsaiti Rusiyadan qanunsuz yollarla çıxardığı bildirilir
Maliyyə
31 Yanvar , 2017 13:59
Deutsche Bank Rusiyadakı spekulyativ əməliyyatlara görə cərimələnib

Bakı. 31 yanvar. REPORT.AZ/ Almaniyanın "Deutsche Bank"ı 2011-2015-ci illərdə Rusiyadakı səhmlərlə ticarət əməliyyatlarında qanuna zidd hərəkətlərinə görə 625 mln. ABŞ dolları həcmində cərimələnib. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Nyu-York ştatının maliyyə tənzimləmə orqanı (NYSDFS) bildirib ki, "Deutsche Bank" qarşılıqlı əməliyyatlarla "çirkli pul"ların yuyulmasına görə 425 mln. dollar cərimə ödəyəcək. NYSDFS-ə görə, Bank bu əməliyyatlar vasitəsilə Rusiyadan 10 mlrd. dollar vəsait çıxarıb.

"Reuters" in xəbərinə görə, həmçinin B.Britaniyanın maliyyə tənzimləyicisi (FCA) də "Deutsche Bank"a 200 mln. dollar cərimə tətbiq edəcək. Tənzimləıyicilərin fikrincə, "Deutsche Bank" Moskvada rublla səhmlər alaraq London birjasında eyni anda onları xarici valyutaya satıb. Əməliyyatların klirinqi isə Nyu-Yorkda baş tutub ki, bu da oranın maliyyə orqanlarına prosesə müdaxilə etməyə icazə verib.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib.

Son xəbərlər

Orphus sistemi