"Deutsche Bank": Qızıl real qiymətindən 20-25% baha satılır

"Deutsche Bank": Qızıl real qiymətindən 20-25% baha satılır Qızılın 950-1 015 dollar/unsiyaya qədər ucuzlaşması proqnozlaşdırılır
Maliyyə
5 Oktyabr , 2016 18:29
Deutsche Bank: Qızıl real qiymətindən 20-25% baha satılır

Bakı. 5 oktyabr. REPORT.AZ/ ABŞ-ın uçot dərəcəsini artırmaq planları və mərkəzi bankların monetar ekspansiyanın həcmini azaltması ilə bağlı ehtimallar qızılın unsiyasının qiymətinin sentyabrın 4-də 44 dollar və ya 3,3% azalaraq 1 266 dollara qədər geriləməsinə səbəb olub. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Almaniyanın ən böyük banklarından biri olan "Deutsche Bank"ın qlobal bazarlar üzrə baş analitiki Binki Çada (Binky Chadha) qızılın qiymətinin daha da sərt azalmasını mümkün sayır.

"Qızılın hazırda real dəyərindən 20-25% baha olduğunu düşünürük", -  B.Çada deyib. Bununla da, Bank qızılın qiymətinin 950-1 015 dollar/unsiyaya kimi geriləməsini proqnozlaşdırılır.

Xatırladaq ki, qızıl qiyməti ilin əvvəlindən qlobal maliyyə bazarlarında aşağı faiz dərəcələrinin hökm sürməsi və "Brexit" səbəbindən 311 dollar və ya 29% artıb. Hazırda isə qızıl ilin əvvəli ilə müqayisədə 212 dollar və ya 20% baha satılır.

Son xəbərlər

Orphus sistemi