"Deutsche Bank" bonus ödənişlərini kəskin azaldacaq

"Deutsche Bank" bonus ödənişlərini kəskin azaldacaq Almaniyanın Deutsche Bank yenidənqurma planı çərçivəsində xərcləri azaltmaq üçün bonus ödənişlərini 20% azaltmağı planlaşdırır.
Maliyyə
13 Dekabr , 2019 18:06
Deutsche Bank bonus ödənişlərini kəskin azaldacaq

Almaniyanın "Deutsche Bank" yenidənqurma planı çərçivəsində xərcləri azaltmaq üçün bonus ödənişlərini 20% azaltmağı planlaşdırır. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bununla belə, məlumata görə, bonusların azaldılması ilə bağlı bank rəhbərliyi yekun qərar qəbul etməyib. 

"Deutsceh Bank" rəsmiləri məsələyə şərh verməkdən imtina edib. Yalnız bankın icraçı direktoru Kristian Sevinq maliyyə problemlərini nəzərə alaraq yaxın 5 ildə 6 milyard avro vəsaitə qənaət etmək niyyətində olduqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi