Deputat Azərbaycanda ipoteka kreditləri üzrə şərtlərin yüngülləşməsini təklif edib

Deputat Azərbaycanda ipoteka kreditləri üzrə şərtlərin yüngülləşməsini təklif edib Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri yüngülləşməlidir.
Maliyyə
29 Mart , 2024 14:17
Deputat Azərbaycanda ipoteka kreditləri üzrə şərtlərin yüngülləşməsini təklif edib

Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri yüngülləşməlidir.

"Report"un məlumatına görə, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

"Dövlət, dövlət başçısı istəyir ki, hər bir vətəndaşı yaxşı yaşasın: "Əfsuslar olsun ki, ipoteka kreditlərindən daha çox dövlət qulluğunda çalışanlar geniş şəkildə istifadə edə bilirlər. Digər şəxslərin bu ipoteka kreditlərindən bəhrələnməyi çətindir. Götürək bənna, zərgər, bərbər, çilingər və digər sahələr üzrə çalışanları - heç biri ipoteka götürə bilmir. Halbuki bunlar hamısı vergi ödəyicisidir", - S. Novruzov qeyd edib.

Deputatın fikrincə, cəmi 3 nəfər (bu il - red) jurnalist ipoteka krediti ala bilib: "Ölkədə nə qədər sayt, sayt rəhbəri var. Qeydiyyatdan keçmiş, əmək haqqısı yüksək olan jurnalistlər var. İpoteka götürmək istəyəndə isə onlara elə münasibət göstərirlər ki, sanki bu işləri müvəqqətidir. Jurnalist var 20 ildir eyni saytda işləyir, lakin bu günə qədər ipoteka krediti ala bilmir".

O hesab edir ki, bundan əlavə kənd yerlərində yaşayanlara verilən ipoteka ilə şəhərdə yaşayanlara verilən ipoteka krediti arasında fərq olmalıdır: "Gənc ailə, gənc müəllim kənddən ev alıb yaşaya bilməlidir".

Son xəbərlər

Orphus sistemi