Deputat: “Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlanıb”

Deputat: “Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlanıb” Azərbaycanda 10 minə yaxın valyuta dəyişmə məntəqəsi bağlanıb.
Maliyyə
9 İyun , 2023 13:23
Deputat: “Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlanıb”

Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlanıb.

"Report" xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bu məntəqələrdə minlərlə insan işləyirdi: “Artıq “qara bazar” var. Metro stansiyalarının qarşısında dollar dəyişmə yerləri fəaliyyət göstərir. 90-cı illərə qayıtmışıq sanki. Şənbə-bazar günləri heç yer işləmir, ölkəyə gələn turist pulunu harada dəyişsin? 1-2 bankın növbətçi filialları çalışır. Amma gərək Əhmədlidə olan şəxs pul dəyişmək üçün mərkəzə gəlsin”.

Deputat bildirib ki, düzdür, valyuta dəyişmə məntəqəsi açmaq üçün girov çoxdur: “Amma bu məntəqələr açılmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gözəl dayanacaqlar təqdim edir. O dayanacaqlar formasında dünyanın hər yerində puldəyişmə məntəqələri var. Bizdə də açılıb işləsin. Bu, həm iş yeridir, həm də vətəndaşların və turistlərin rahatlığıdır".

Son xəbərlər

Orphus sistemi