“Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiya ödənişi üçün lazım olacaq sənədlər açıqlanıb

“Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiya ödənişi üçün lazım olacaq sənədlər açıqlanıb Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişi üçün lazım olacaq sənədləri açıqlayıb.
Maliyyə
29 Yanvar , 2018 11:38
“Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiya ödənişi üçün lazım olacaq sənədlər açıqlanıb
Report

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişi üçün lazım olacaq sənədləri açıqlayıb.

“Report” fonda istinadən xəbər verir ki, bunlar əmanət müqaviləsi (əlavələrlə birlikdə), əmanət kitabçası və yaxud əmanətin sahibliyini təsdiq edən digər sənədlər (hesabdan cıxarışlar) və şəxsiyyəti təsdiq edən sənəddir.

Xatırladaq ki, kompensasiyaların ödənilməsinə fevralın 1-dən başlanılacaq. Əmanətçilər ərizə formalarını ADIF-in Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanlarında yerləşən ofislərindən, “Kapital Bank” ASC-nin kompensasiya ödənişi üçün nəzərdə tutulmuş filiallarından və yaxud www.adif.az saytından əldə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi