"Dəmirbank"ın illik zərəri 3 dəfə azalıb

"Dəmirbank"ın illik zərəri 3 dəfə azalıb Bakı. 17 fevral. REPORT.AZ/ "Dəmirbank" ASC-nin aktivləri 2017-ci il yanvarın 1-nə 538 829,07 min manat təşkil edib. Bu da illik müqayisədə 8,5% az...
Maliyyə
17 Fevral , 2017 18:08
Dəmirbankın illik zərəri 3 dəfə azalıb

Bakı. 17 fevral. REPORT.AZ/ "Dəmirbank" ASC-nin aktivləri 2017-ci il yanvarın 1-nə 538 829,07 min manat təşkil edib. Bu da illik müqayisədə 8,5% azalma deməkdir.

"Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Kredit portfeli də bu müddətdə 8,8% azalaraq 376 068,54 min manat olub. Kredit portfelinin 218 364,77 min manatı və ya 58,1%-i valyutada verilib.

Depozit portfeli bu ilin əvvəlinə 170 073,45 min manat təşkil edib ki, bunun da 133 476,48 min manatı və ya 78,5%-i xarici valyutada yerləşdirilib.

Cari il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 20 892 min manat olub.

"Dəmirbank" 2016-cı ildə 1 735,5 min manat zərər edib. Qeyd edək ki, Bankın 2015-cı ildə xalis zərəri 5 264 min manat təşkil edib. Bu da zərərin illik müqayisədə 3 dəfədən çox azalması deməkdir.

Son xəbərlər

Orphus sistemi