"Dəmirbank"ın illik mənfəəti azalıb
Maliyyə
- 29 yanvar, 2015
- 10:33
Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC 2014-cü ili 4,514 mln. manat mənfəətlə başa vurub, bu isə 2013-cü ilə nisbətən 9,9% azdır.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, ötən il Bankın gəlirləri 84,898 mln. manat, xərcləri 80,384 mln. manat təşkil edib. Gəlirlərin 80,9%-i və ya 68,696 mln. manatı faiz gəlirləri hesabına formalaşıb. Hesabat ilində bankın faiz gəlirlərində 26,5%, qeyri-faiz gəlirlərində 2,03% artım müşahidə olunub.
Xərclərin isə 31,7%-i və ya 25,468 mln. manatı faiz xərcləri ilə bağlı olub. Bu müddətdə faiz xərclərində 9,9%, qeyri-faiz xərclərində isə 60,9% artım qeydə alınıb.
Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə "Dəmirbank"ın aktivləri 420,304 mln. manat təşkil edib.
Son xəbərlər
03:33
BVF Venesuela ilə əməkdaşlığı bərpa edib
Maliyyə03:02
"Reuters": İrandakı müharibə ABŞ-ni Aİ tərəfdaşlarına silah tədarükünü gecikdirməyə məcbur edir
Digər ölkələr02:44
Türkiyə Avstraliya vətəndaşları üçün viza rejimini sadələşdirib
Region02:22
İsrail ordusu Livanda 10 günlük atəşkəsin başladığını təsdiqləyib
Digər ölkələr01:44
İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Digər ölkələr01:09
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Futbol00:58
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub
Futbol00:57
İsrail-Livan danışıqlarında irəliləyiş olsa, atəşkəs uzadıla bilər
Digər ölkələr00:33